SON XƏBƏR

“İsrail səfirliyi Azərbaycan xalqı ilə həmrəydir" - Corc Dik

Yanvar 27
15:52 2023
"İsrail səfirliyi bu çətin gündə Azərbaycan xalqı ilə həmrəydir”.

"Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook