SON XƏBƏR

İsrail səfirindən və XİN başçısından Buça qətliamına reaksiya - Fərqli ritorika

Aprel 04
14:10 2022
İsrailin Ukraynadakı səfiri Mixael Brodski, daha sonra isə Xarici İşlər naziri Yar Lapid Kiyev vilayətinin Rusiya Federasiyasının işğalı altında olan ərazilərində dinc əhalinin öldürülməsini pisləyib. Yerli media qeyd edir ki, bu, İsrail rəsmilərinin Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı adi, daha təmkinli ritorikasından fərqlidir.

Qaynarinfo bu barədə Gordonua.com-a istinadən xəbər verir.

"Buçadan olan fotolar məni dərindən sarsıtdı. Mülki əhalinin öldürülməsi hərbi cinayətidir və buna haqq qazandırmaq olmaz", - deyə Brodski "Twitter" səhifəsində yazıb.

Səfir cinayətdə hansı tərəfi təqsirli hesab etdiyini dəqiqləşdirməyib.
 
"Haaretz” nəşri qeyd edib ki, Brodskinin şərhi İsrailin yüksək səviyyəli rəsmilərinin ritorikasından fərqlənir və "ölkənin rəsmi nümayəndəsinin öz hesabında belə bir mesaj dərc etməsi çox qeyri-adi haldır”.
 
Nəşr Xarici İşlər Nazirliyinə Rusiyanın Ukraynada hərbi cinayətlər törətməsi ilə bağlı bəyanatın departamentin rəsmi mövqeyi olub-olmaması ilə bağlı sual ünvanlayıb. XİN sözçüsü buna mənfi cavab verib və səfirin "tvit"inin fotoya reaksiya olduğunu, lakin o, "Rusiyanı günahlandırmadığını” vurğulayıb.
 
Lakin daha sonra İsrail Xarici İşlər nazirinin özü "Twitter"də Buçadakı hadisələri pisləyən mesaj dərc edib:
 
"Rusiya ordusunun tərk etməsindən sonra Kiyev yaxınlığındakı Buça şəhərindən gələn dəhşətli fotolara biganə qalmaq mümkün deyil. Mülki əhaliyə qəsdən zərər vurmaq hərbi cinayətidir və mən bunu qətiyyətlə pisləyirəm".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook