SON XƏBƏR

İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb

Dekabr 08
07:00 2017
İordan çayının qərb sahilində və Qəzza zolağında İsrail polisi ilə toqquşmalarda 100-dən çox fələstinli xəsarət alıb

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşmalara səbəb ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl Əvivdən Yerusəlimə köçürmək qərarı olub. 

"İordan çayının qərb sahilində xəsarət alanların sayı 104 nəfərə çatıb. Onlardan 4-ü adi güllə, 18 nəfəri isə rezin güllələrdən xəsarət alıb”, - deyə Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi İrab əl Fukah bildirib. 

Onun sözlərinə görə, daha 75 nəfər gözyaşardıcı qazdan, 7 nəfər isə zərbələrdən və yıxılması səbəbindən xəsarət alıb. 

Xəsarət alan qadınlardan birinin vəziyyəti kritikdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook