SON XƏBƏR

İsrail ordusu TRT telekanalının əməkdaşlarına xəsarət yetirdi

Avqust 27
07:55 2024
İşğalçı İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunus qəsəbəsini bombalaması zamanı Türkiyənin TRT telekanalının əməkdaşları da xəsarət alıb.

Bu barədə TRT xəbər verib.

TRT telekanalının operatoru peşə borcunu yerinə yetirərkən gözündən yaralanıb. Operatorla yanaşı, onun assistenti və bir neçə digər media mənsubunun da xəsarət aldığı bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi faktı pisləyib və yaralananların ailələrinə dəstək ifadə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook