SON XƏBƏR

İsrail ordusu Suriya hərbçilərini raket atəşinə tutdu

Noyabr 18
11:36 2020
İsrail Müdafiə Qüvvələri Suriya ordusu və Əl-Qüds xüsusi təyinatlı qüvvələrinin mövqelərinə raket hücumu təşkil edib.

Qaynarinfo xəbər verir ki, İsrail hərbçilərinin açıqlamasına görə, zərbələr İsrail və Suriyanı ayıran "Alfa” xətti yaxınlığında bir neçə əldəqayırma partlayıcı qurğunun quraşdırılmasına cavab olaraq endirilib.

Öz növbəsində, Suriya dövlət xəbər agentliyi SANA atəş nəticəsində 3 suriyalı əsgərin öldüyünü, birinin də yaralandığını bildirib. Maddi ziyan da dəyib. Agentliyin məlumatına görə, bir neçə raket Suriyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook