İsrail: Nüvə razılaşması İran təhlükəsini 10 illiyə təxirə salıb
Oktyabr 28
11:53
2015
"Altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ilə İran arasında əldə olunan nüvə proqramına dair razılaşma İsrailə qarşı olan təhlükəni azı 10 il müddətinə təxirə salır.
Qloalinfo.az "Report"-a istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda çıxış edən İsrailin Müdafiə Naziri Moşe Yaalon deyib.
Onun sözlərinə görə, rəsmi Tehran nüvə silahını əldə etmə konsepsiyasından imtina etməsə də, "Altılıq" ölkələrinin səyləri nəticəsində yaxın 10 il ərzində İslam Respublikasının kütləvi qırğın silahını əldə etməsi qeyri mümkün olacaq.
Pentaqon rəhbəri Eşton Karter isə öz növbəsində bildirib ki, İranın nüvə silahını əldə etməsinə ABŞ heç vaxt imkan verməyəcək.



