SON XƏBƏR

"İsrail müdaxilə etməsəydi, Tehran və Vaşinqton nüvə sazişinə imza atardı" - Əraqçi

Oktyabr 08
07:30 2025
İsrail müdaxilə etməsəydi, Tehran və Vaşinqton nüvə sazişinə imza atardı. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə yazıb.

"Mayın 23-də danışıqların 5-ci raunduna yola düşərək yazmışdım: "Sıfır nüvə silahı = bizim razılaşmamız var. Sıfır zənginləşdirmə = heç bir razılaşmamız yoxdur. Əgər ABŞ Prezidenti (Donald Tramp – red.) həmin danışıqların protokollarına baxsaydı, İranla yeni və tarixi nüvə sazişini qeyd etməyə nə qədər yaxın olduğumuzu görərdi", - nazir qeyd edib.

Əraqçi İranın kütləvi qırğın silahları hazırlamaq barədə İsrail kəşfiyyatının iddialarını yalan hesab edib: "Yalnız anlaşılmaz dağıntılar oldu, Amerikanın minlərlə əsgəri həlak oldu və ABŞ vergi ödəyicilərinin 7 trilyon dollar pulu boşa getdi".

Onun sözlərinə görə, İsrail hazırda İranın müdafiə imkanlarından uydurma təhlükə yaratmağa çalışır. "İndiyə qədər amerikalılar İsrailin sonsuz müharibələrində iştirak etməkdən yorulublar", - Əraqçi vurğulayıb.

İranın xarici işlər naziri problemin yalnız diplomatik həllini gördüyünü bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook