SON XƏBƏR

İsrail Müdafiə nazirinin qulluqçusu İranın casusu imiş

Noyabr 19
10:40 2021
İsrailin Müdafiə naziri Beni Qantzın evininin qulluqçularından biri İrana bağlı məlumat ötürməyə cəhd ittihamı ilə tutulub. 

"Azad İran" Telegram kanalı xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. 

İsrailin Kəşfiyyat və Əmniyət Təşkilatı məsələ ilə bağlı yaydığı məlumatda qeyd edir ki, həmin xidmətçi ictimai şəbəkələr vasitəsilə İrana işləyən şəxsə yardım təklif edib. 

Xidmətçi bunun üçün nazirin kompüterinə casusluq proqramı yükləməyi təklif edib və bu cür imkanının olmasını isbat etmək üçün Qantzın evindən həmin şəxsə foto göndərib. 

Lakin xidmətçi cinayəti törədə bilməmiş, İranla əlaqəli həmin şəxslə təmas qurarkən tutulub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook