İsrail Livanın cənubunda havaya zəhərli maddələr buraxır
Fevral 05
08:38
2026
"İsrail təyyarələri Livanın cənubuna çoxlu miqdarda zəhərli maddələr püskürür, bitki örtüyünü məhv edir və insan sağlamlığına mənfi təsir göstərir”.
APA xəbər verir ki, bunu "Asharq Al Awsat"a verdiyi müsahibədə kənd təsərrüfatı naziri Nizar Hani bildirib.
Nazir bildirib ki, laboratoriya testləri püskürdülən maddənin qlifosata bənzər selektiv olmayan herbisid olduğunu göstərib.



