"İsrail Livan ərazisində hər hansı quru müdaxiləsindən imtina etməlidir" - Makron
Mart 06
07:06
2026
Fransa Livan Silahlı Qüvvələrinə dəstəyi gücləndirəcək.
"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Fransa liderinin sözlərinə görə, o, "Hizbullah" hərəkatı və İsrailin hazırda sərhədin hər iki tərəfində apardığı hərbi əməliyyatların dayandırılması üzrə plan hazırlamaq üçün Livan rəhbərliyi ilə danışıqlar aparıb.
"Hizbullah" İsrailə hücumları dərhal dayandırmalıdır. İsrail Livan ərazisində hər hansı quru müdaxiləsindən və ya genişmiqyaslı əməliyyatdan imtina etməlidir", - Makron vurğulayıb.



