İsrail: "İstanbuldakı terror aktı israilli turistlərə qarşı törədilib"
Mart 19
22:04
2016
İsrailin xarici işlər nazirliyinin sözçüsü Emmanuel Nahshon İstanbulun Taksim meydanı yaxınlığında baş verən partlayışla bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrailin Haaretz saytı yayıb.
Xəbər verilir ki, sözçü hücumun 14 nəfərlik israilli bir turist qrupuna yönəlik təşkil olunduğunu bildirib.
Üç israillinin həyatını itirməsi xəbəri çıxmadan öncə verdiyi açıqlamada Nahshon sadəcə bir İsrail vətəndaşının öldüyünü qeyd edib.
Nazirlik sözçüsü onu da qeyd edib ki, yaralılardan 11 nəfər İsrail vətəndaşı müxtəlif xəstəxanalarda müalicə alırlar.
Qlobal.az



