SON XƏBƏR

İsrail İŞİD-i terror təşkilatı kimi tanıdı

Oktyabr 26
10:59 2015
İsrail hökuməti İŞİD, "Cabha ən-Nusra” və "Abdulla Əzəm briqadası” adlı qruplaşmaları terror təşkilatları siyahısına daxil edib.
 
Qlobalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin FOX tv-ı məlumat yayıb. Adı çəkilən qruplaşmalar ekstremist və terrorçu təşkilatlar siyahısına daxil edilərkən hökumətin Ümum-Təhlükəsizlik Xidmətinin tövsiyələrini rəhbər tutduğu bildirilir.
 
Sözügedən təşkilatların İsrail ərazisində fəaliyyəti 2014-cü ilin sentyabrında müdafiə nazirinin sərəncamı ilə qadağan edilmişdi. Lakin onların terror təşkilatları siyahısında yoxluğu silahlıların tərəfdarlarını cinayət məsuliyyətinə cəlb etməyə imkan vermirdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook