SON XƏBƏR

İsrail İranın atom təsisatlarına hücumu imitasiya edəcək

Noyabr 01
16:31 2021
İsrail Hərbi Hava Qüvvələri yaxın aylarda İranın atom təsisatlarına hücumun oxşarını həyata keçirmək üçün təlimlərə başlayacaq.

Qaynarinfo xəbər verir ki, bu haqda "İsrail Times" qəzeti xəbər yayıb.

Məlumata görə, ehtimal olunan hücum planının cəhətlərindən bəzisi qısa müddətdə istifadəyə hazır vəziyyətə gətiriləcək və bəzilərinin isə hazır vəziyyətə gətirilməsi üçün bir il müddətə ehtiyacı var.

Xatırladaq ki, bununla bağlı oktyabrın 30-da İsrailin F-15 qırıcıları Amerikanın B-1B bombardımançıları ilə birlikdə Körfəzdə uçuş əməliyyatı keçirib.

B-1B bombardmançı təyyarəsi yeraltı obyektləri bombalamaq üçün istifadə edildiyi üçün İsrail mediası bu əməliyyatı İranın yeraltı atom təsisatlarına qarşı təhdid mesajı kimi qiymətləndirib.

İsrail ordusunun bildirdiyinə görə, "müşayiət missiyası” İran təhlükəsinə qarşı bölgədə Amerika qüvvələri ilə əməliyyat əməkdaşlığının davamıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook