SON XƏBƏR

İsrail İordan çayının qərb sahilində əlavə 40 km hasar tikəcək

Aprel 11
11:28 2022
İsrailin Milli Təhlükəsizlik Məsələləri üzrə Nazirlər Komitəsi İordan çayının qərb sahilində əlavə 40 km hasarın tikintisi layihəsini təsdiqləyib.

"Report” xəbər verir ki, bu barədə İsrailin baş naziri Naftali Bennetin ofisi məlumat yayıb.

Müdafiə naziri Benni Qantsın təqdim etdiyi layihə komitənin üzvləri tərəfindən yekdilliklə təsdiqlənib.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyi son bir həftə ərzində 11 israillinin ölümü ilə nəticələnən silsilə terror aktlarından sonra İordan çayının qərb sahilinə əlavə hərbi birləşmələr göndərmək barədə qərar qəbul edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook