SON XƏBƏR

İsrail “Hizbullah"ın obyektlərinə zərbələr endirib

Dekabr 06
16:26 2023
İsrail Müdafiə Ordusu dekabrın 6-da Livan ərazisində "Hizbullah” qruplaşmasının obyektlərinə zərbələr endirib.

"Report” xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.

Məlumata görə, Müdafiə Ordusu Livanın cənubuna tank, artilleriya ilə hücum edib. Bundan başqa İsrail Müdafiə Ordusu Hərbi Hava Qüvvələri "Hizbullah”ın əməliyyat qərargahı və infrastrukturlarına zərbə endirib.

Bildirilib ki, Livan ərazisindən İsrailin Ərəb əl-Aramşa bölgəsi və Hermon dağındakı hərbi postları atəşə tutandan sonra Müdafiə qüvvələri raketlərlə cavab atəşi açıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook