İsrail Əl-Qaidənin liderlərindən birini İranda öldürüb
Noyabr 14
10:10
2020
Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumları təşkil etməkdə şübhəli bilinən "Əl-Qaidə” terrorçu təşkilatının liderlərindən biri Abdullah Əhməd Abdullah üç ay əvvəl İranda zərərsizləşdirilib.
"Report” xəbər verir ki, bu barədə "The New York Times” ABŞ-ın kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat verib. Belə ki, 7 avqustda İsrail kəşfiyyatçıları Tehran şəhərində Abdullahı səsboğucu tapança ilə qətlə yetirib.
Eyni zamanda silahlı hücum zamanı Abdullahın qızı, "Əl-Qaidə” terrorçu təşkilatının qurucusu Üsamə bin Ladenin dul arvadı Miriam da öldürülüb.
Nəşrin mənbələrinə görə, Abdullah 2003-cü ildən bəri İranda və 2015-ci ildən isə bu ölkənin paytaxtında yaşayırdı. Yerli media onu Livandan gələn tarix professoru Həbib Daud kimi tanıtsa da, Federal Təhqiqatlar Bürosu onu axtarışda olan ən təhlükəli terrorçular siyahısına salıb.