İsrail bir qrup müsəlman zəvvar üçün sərhədlərini açacaq

Mart 07
06:12
2025
İsrail hökuməti Ramazan ayında İordan çayının qərb sahilindən məhdud sayda müsəlmana Məbəd dağını ziyarət etməsinə icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Məlumatda deyilir: "Baş nazir Benyamin Netanyahu və nazirlər Ramazan ayı ərzində cümə günləri Yəhudeya və Samariyadan olan məhdud sayda müsəlman möminin Məbəd dağına buraxılması ilə bağlı təhlükəsizlik orqanlarının tövsiyəsini təsdiqləyiblər. Bu format ötən il istifadə edilən sxemə bənzəyir”.