İsrafil İsrafilov Almatıya gedir
Noyabr 26
12:32
2015
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
İ.İsrafilov beynəlxalq tədbirdə "Teatr öldü, yaşasın teatr” adlı mühazirə ilə çıxış edəcək, müasir teatrın uğurları, problem və perspektivləri ilə bağlı fikir mübadiləsi aparacaq.
Konfransda teatr direktorunun tələbə və magistrantlar üçün ustad dərsləri təşkil olunacaq, "Teatr sənətinin problemləri – dünən, bu gün, sabah” mühazirəsi dinləniləcək.
Qeyd edək ki, Almatıda keçiriləcək beynəlxaq konfrans Qazaxıstan Milli İncəsənət Akademiyasının təşkilatçılığı ilə baş tutacaq və noyabrın 26-dan 29-dək davam edəcək.