SON XƏBƏR

İspaniyada "Xəbərlər muzeyi" açılıb

Mart 24
14:10 2016
İspaniyanın Baş naziri vəzifəsini icra edən Mariano Raxoy "Xəbərlər muzeyi"nin açılışında iştirak edib. Madriddə açılmış muzeydə EFE informasiya agentliyinin materialları sərgilənir.
 
Burada dünyanın ən böyük ispandilli informasiya agentliyi olan EFE-nin yarandığı 1939-cu ildən bəri fəaliyyəti ilə tanış olmaq mümkündür. Muzeyin fomdunda 12 milyondan artıq foto, qədim yazı və çap avadanlıqları var.
 
EFE-nin baş ofisinin binasında yaradılmış muzeyin həm də peşəkar jurnalistlərin görüş yeri olacağı ehtimal olunur. Muzeyə İspaniyanın bir neçə böyük şirkəti himayədarlıq edəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook