SON XƏBƏR

İspaniya polisi ölkənin hakim partiyasının qərargahında əməliyyat keçirib

Fevral 12
09:54 2016
İspaniya polisi ölkənin hakim partiyasının qərargahında əməliyyat keçirib İspaniyanın hüquq mühafizə orqanları Baş nazir səlahiyyətlərini icra edən Mariano Raxoyun rəhbərlik etdiyi Xalq Partiyasının (PP) Madriddəki qərargahında xüsusi əməliyyat keçirib.
 
Xəbərdarlıqsız gələn mülki qvardiya əməkdaşları partiyanın Madrid ofisinin rəhbəri Beltran Qutiyerez Molinerin iş kompyuterini və sənədlərini yoxlayıb. Mətbuata sızan məlumatlarda hətta bəzi sənədlərin və kompyuterin polislər tərəfindən aparıldığı deyilir. Polis paralel olaraq PP ilə sıx əlaqələri olan bir neçə şirkətin ofisinə də baş çəkib.
 
Əməliyyata səbəb PP-nin maliyyələşməsində qanunazidd halların olmasında şübhələrdir./report.az/



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook