SON XƏBƏR

İsmayıllı rayonunda növbəti səyyar görüş-qəbul Talış kəndində keçirilib

Dekabr 28
17:58 2019
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullar vətəndaşların problemlərinin həllinə yönəlir. İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbullarlardan əlavə rayonun kəndlərində də səyyar görüş-qəbullar keçirilir. Qəbullarda vətəndaşlar dinlənilir və onları nərahat edən problemləmlərin həlli ilə bağlı aidiyyatı üzrə idarə-müəssisələrin rəhbərlərinə tapşırıq verilir və ya vətəndaşa qanunamüvafiq izahat verilir.
 
İsmayıllı rayonunda növbəti səyyar görüş-qəbul rayonunun Talış kəndində keçirilib.
 
Qlobal.az xəbər verir ki, görüş-qəbulda RİH-nin başçısı Mirdaməd Sadıqov Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan, ölkənin inkişafından və görülən işlərdən, bu işlərin davamı kimi rayonda görülən işlərdən, rayonda bundan sonra da nəzərdə tutulan layilərdən, görüləcək işlərdən ətraflı danışaraq kənd sakinlərinə məlumat verib.
 
Sonra qəbulda iştirak edən vətəndaşlar kəndin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıblar. Kəndin əsas ümumi problemlərindən yay aylarında suyun az olması, kənd məktəbinin istilik sistemində tez-tez nasazlığın yaranması, kənddə internetin zəif olması və digər məsələlərin həlli üçün RİH başçısı aidiyyatı üzrə tapşırıqlarını verib. Sakinlərin şəxsi problemlərinin də həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar verilib və RİH-nin məsul işçiləri tərəfindən nəzarətə götürülüb.
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook