İslam partiyasının sabiq sədr əvəzini MTN saxladı
Dekabr 01
00:40
2015
Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi hacı Elçin Manafov saxlanılıb. O bugün səhər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən evindən aparılıb.
Elçin Manafovun yaxınlarının islamazeri.org-a verdiyi məlumata görə, ondan hələ də bir xəbər yoxdur.
MTN yaxud da Daxili İşlər Nazirliyi tərəfindən tanınmış din xadiminin saxlanılması ilə bağlı hələ heç bir bəyanat verilməyib.



