İŞİD Türkiyəni təhqir və təhdid etdi
Noyabr 22
13:38
2015
Terror təşkilatı olan İŞİD Türkiyəyə təhdid və təhqir dolu video hazırlayıb.
Təhdid mesajında prezident Ərdoğanla yanaşı Atatürkə və AKP-yə qarşı da təhqirlər yer alıb. Türkiyənin İŞİD-ə qarşı koalisiyaya dəstəyini artırması və son zamanlar terroçulara qarşı keçirilən əməliyyatlardan sonra hazırlanan mesajlarda Ərdoğanın Amerika prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, İranın sabiq prezidenti Mahmud Əhmədinejatla və Roma Papası ilə çəkilən fotoları da yer alıb.
İŞİD-çilər Atatürk və Hitleri irqçi liderlər kimi xarakterizə edib. Həmçinin PKK lideri Abdullah Öcalanın İsrail tərəfindən bəsləndiyi və kürdlər üçün böyük təhlükə yaratdığı vurğulanıb. Kürdcə danışan bir İŞİD döyüşçüsü isə "Qurtuluşunuzun ateistlərin əli ilə olacağını düşünürsünüz?” deyə kürdlərə müraciət edərək, onları İŞİD-ə qoşulmağa çağırıb.



