İŞİD Trampı "yandırdı"
Mart 25
10:49
2016
İŞİD terror qruplaşması dərc etdiyi yeni bir video ilə tərəfdarlarını cihad üçün hərəkətə keçməyə çağırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, videoda Parisdə ötən ilin noyabr ayında 130 nəfərin həyatına son qoyan terrorçuların hərbi təhsil aldığını göstərən görüntülər yer alıb.
Sosial şəbəkədə dərc olunan videoda həmçinin ABŞ prezidenti postuna iddiaçı respublikaçı milyarder Donald Trampın fotoşəkli yandırılıb. Təbliğat videosunda Belçikanın Yaxın Şərqdə anti-İŞİD koalisiyanın bir hissəsi olduğu vurğulanıb.
Qlobal.az



