SON XƏBƏR

İŞİD-in seks köləliyi biznesini təsdiq edən sənədlər - FOTO

Mart 29
12:34 2016
İŞİD-dən azad edilən Palmira şəhərində terrorçuların seks köləliyi biznesi qurduğunu sübut edən sənədlər tapılıb.
 
Qafqazinfo bildirir ki, həmin sənədləri ekstremistlər qədim şəhəri tələsik tərk edərkən unudublar.
 
Sənədlərdə elan edilir ki, kölə almaq istəyənlər baş ofisə gəlməlidirlər: "İslamı yaymaqla məşğul olan qardaşlarımız batalyon əmirinin qeydiyyatından keçməlidir. Sərəncamı imzalamayanlar kölə bazarına çıxmaq haqqı əldə edə bilməyəcəklər. Qiymətlərlə bağlı informasiya alış zamanı gizli konvertlə açıqlanacaq".
 
Xatırladaq ki, martın 27-də Suriya ordusu Palmira şəhərini İŞİD qüvvələrindən azad etmişdi.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook