SON XƏBƏR

İŞİD Gürcüstanı hədələyən video-müraciət yayıb

Noyabr 24
03:42 2015
İnternetdə İŞİD terror qruplaşması adından gürcü xalqına müraciət yayılıb.
 
Musavat.com-un məlumatına görə, gürcü dilində danışan şəxslər Gürcüstanda yaşayan müsəlmanlara müraciət edərək, onları İŞİD-ə dəstək verməyə çağırır, eyni zamanda Gürcüstanı isə "Xilafət”in gəlişi ilə hədələyirlər. Müraciət müəlliflərindən biri Xviça Qobadzedir. Onun atası İlya Qobadzenin sözlərinə görə, o, video-müraciəti görməyib, lakin oğlu Gürcüstanda deyil: "Mənim oğlum təxminən iki ay qabaq dostları ilə birgə Türkiyəyə işləməyə gedib.
 
Bundan sonra onunla bir neçə dəfə təmasda olmuşam, ancaq Gürcüstana o gəlməyib. Mən bilmirəm indi o haradadır”. Müraciətdəki digər 3 nəfərin də valideynləri övladlarının harada olduqlarından bixəbər olduqlarını söyləyiblər.
 
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti faktla bağlı araşdırmalara başlayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook