SON XƏBƏR

İŞİD Brüssel terrorunun məsuliyyətini öz üzərinə götürdü

Mart 22
17:25 2016
İŞİD terror təşkilatı bu gün Brüsseldə törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.
 
Musavat.com-un məlumatına görə, bu barədə Misir KİV-ləri "Amak” informasiya agentliyinə istinadən xəbər verib.
 
"Amak” isə terrorçuların bəyanatlarına istinad edib. Xatırladaq ki, bu gün səhər Brüsseldə (hava limanı və metroda) törədilən ardıcıl terror aktları zamanı son rəsmi məlumatlara görə, 34 nəfər həlak olub, onlarla yaralı var.
 
Terror hücumları ilə bağlı əksər Avropa ölkələrinin hökumətləri fövqəladə toplantılar keçirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook