SON XƏBƏR

İŞİD Almaniyanı təhdid etdi

Mart 22
22:58 2016
Avropa Brüsseldə meydana gələn terror hücumlarının şokunu yaşadığı bir vaxtda İŞİD Almaniyanı təhdid etdi.
 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Twitterdən təhdid mesajları yazan İŞİD üzvü Almaniya və Belçikaya xəbərdarlıq etdi.
 
"abo_omar_170” adlı twitter hesabından fransız dilində paylaşılan mesajda: "Siz bizi şərqdə bombalayırsız, buna görə də biz də sizi qərbdə bombalayırıq. Gözə göz, dişə diş” ifadələri yer alıb.
 
Başqa yerlərdə də bombaların partladılacağını deyən terror qruplaşması üzvü "Daha çox bombaya və ölüyə hazır olun.
 
Yaxında Almaniyada" sözlərini əlavə edib.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook