İsgəndər Həmidovun səhhəti kritikdir - Keçmiş nazir "Citiy Hospital"a köçürüldü
Fevral 05
14:23
2020
"İsgəndər Həmidovun durumu kirtikdir. Bu vəziyyətdə onun müalicə və ya əməliyyat üçün xaricə aparılması qeyri-mümkündür".
"AzPolitika.info” xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla 24 yanvar tarixində komaya düşən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun durumu ilə bağlı danışarkən deyib.
A.Qeybulla bildirib ki, İsgəndər Həmidovun durumunda heç bir yaxşılaşma yoxdur, əksinə, durumu daha da pisləşib: "Hələ də komadadır. Vəziyyətində heç bir irəliləyiş yoxdur. İsgəndər Həmidov Türkiyədə bir dəfə əməliyyat olunub. Ora aparılması üçün Türkiyədəki həkimlərlə məsləhətləşmələr aparılıb. Ancaq bu vəziyyətdə ora göndərilməsi qeyri-mümkündür”.
Bir qədər əvvəl İsgəndər Həmidov müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanadan "Citiy Hospital"-a köçürülüb.



