İSESKO Baş Konfransına sədrlik növbəti 3 ildə Azərbaycana həvalə olundu
Noyabr 27
09:56
2015
Azərbaycan növbəti üç ildə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransına sədrlik edəcək. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurumun Bakıda keçirilən iclasında sədr seçilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Konfransının Azərbaycandan əvvəlki sədri Səudiyyə Ərəbistanı olub. Bu ölkənin ali təhsil məsələləri nazirinin müavini Muhəmməd İbn Abdulləziz əl-Buhali sədrliyi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təhvil vermişdir.