SON XƏBƏR

İşçisi Cavid Qurbanovu necə şantaj edirmiş?

Oktyabr 23
10:20 2015
"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, 123 saylı Kəlbəcər seçki dairəsindən YAP-ın namizədi Cavid Qurbanovla bağlı maraqlı məlumat ortaya çıxıb. A
 
Qlobalinfo.az Arqument.az-a istinadən xəbər verir ki, C. Qurbanov təbliğat-təşviqat kompaniyasına ölkədəki mövcud KİV-lər ilə əməkdaşlıq etməklə başlamaq istəyib. Ancaq "Azərbaycan Dəmir Yolları” QSC-nin işçisi olduğu qeyd edilən Həbib Misirov aranı qarışdırıb.
 
Məlumatda iddia edilir ki, Cavid Qurbanov ölkədəki KİV-də təbliğat-təşviqat kampaniyasının aparılması məqsədi ilə müqavilələrin bağlanması üçün yüksək məbləğdə pul verib. Məbləğin nə qədər olduğu deyilməsə də, ölkədə gündəlik yüksək oxucu kütləsi olan media qurumları ilə müqavilələr bağlanması nəzərdə tutulurmuş. Lakin bu cəhdi alınmayıb.
 
Belə ki, Həbib Misirovun Cavid Qurbanovu aldatdığı üzə çıxır. Yəni KİV-də Cavid Qurbanovun təbliğat-təşviqat kampaniyası nəinki aparılır, əksinə deputatlığa namizədlə bağlı tənqidi yazılar çoxalır. Belə olduqda isə Həbib Misirov "paxırı”nın üstünün açıldığını hiss edən kimi Milli Məclisin bir neçə deputatının qapısını döyərək onlardan Cavid Qurbanovla bağlı xəbərlərin çıxarılmasına çalışır. "Bəs bu yazıları nə qədər ki, Cavid müəllim görməyib, təcili çıxartdırmaq lazımdır", - deyən Misirov deputatları da aldadır.
 
Bildirilir ki, millət vəkilləri də Həbib Misirovun Cavid Qurbanovdan təbliğat-təşviqat kampaniyası üçün pul alındığından xəbərsiz olduqlarından tanış-biliş KİV rəhbərlərindən tənqidi yazıların çıxarılması ricasın edirlər.
 
Məlumatda bildirilir ki, Həbib Misirov hazırda Cavid Qurbanovun təbliğat-təşviqat kampaniyasında iştirak edir və KİV-lərlə işin təşkili də məhz bu şəxsə tapşırılıb. Maraqlıdır, görəsən, deputatlığa namizəd Misirovu yanına çağıraraq, "Hanı təbliğat-təşviqat kampaniyamızda gördüyümüz işlər? KİV-lərlə müqavilələr”, - deyibmi? Yəqin ki, bu məlumatın yayılmasından sonra cənab Qurbanov Həbib Misirovdan bu suala cavab verməsin istəyəcək.
 
Biz isə sadəcə olaraq, redaksiyamıza "Azərbaycan Dəmir Yolları” QSC-dən sızdırılan məlumatda iddia edilənləri yayımlamaqda israrlıyıq.
 
Məlumatın nə qədər doğru olub-olmadığını isə yəqin ki, Cavid Qurbanov özü araşdıracaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook