SON XƏBƏR

İşğal altındakı torpaqlarımızda yaşayan 6 azərbaycanlı (?) kimdir?

Fevral 06
22:14 2016
hafta.az-ın erməni mətbuatına istinadən yaydığı xəbərdə göstərildiyi kimi, Xankəndidə "DQR”in "mədəniyyət və gənclər naziri” Narine Ağabalyan işğal olunmuş ərazilərdəki milli azlıqların (?) nümayəndələri ilə növbəti görüş keçirib.
 
Görüşdə rus, yunan, gürcü, ukraynalı icmaların nümayəndələri kimi təqdim edilənlər iştirak edib. Separatçı "nazir” "DQR”də "azərbaycanlı icması”nın da bu görüşə qatıldığını "gözə soxub”. O, rus və yunan icmalarının artıq formalaşdığını, gürcü, ukraynalı və azərbaycanlı icmaların da struktur halında birləşməsinin vacib olduğunu deyib.
 
"DQR” "hökuməti”nin verdiyi məlumata görə, 2005-ci ildə Dağlıq Qarabağda keçirilən siyahıyalma zamanı işğal altındakı Azərbaycan torpaqlarında 171 rus, 22 yunan, 21 ukraynalı, 12 gürcü və 6 azərbaycanlı (?) qeydə alınıb.
 
Dağlıq Qarabağın hazırda didərgin olan azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov mətbuata açıqlamasında məsələyə belə münasibət bildirib: "Biz neçə ildir ki, icmalar üçün görüş tələb edirik. Erməni tərəfi icma ilə görüşmür, indi isə Qarabağda hansısa 6 azərbaycanlıdan icma düzəldirlər. Heç mən inanmıram ki, orda 6 azərbaycanlı yaşasın. Çünki ermənilərin özləri hər zaman deyiblər ki, Qarabağda 1 nəfər də olsun azərbaycanlı qalmayıb”.
 
Bəs ermənilərin özlərini dünya ictimaiyyətinə "tolerant” xalq olaraq göstərmək məqsədilə "azərbaycanlı” kimi təqdim edilən həmin insanlar kimdir? Və separatçı rejimin "milli azlıqlarla görüşlərində” Dağlıq Qarabağdakı "azərbaycanlıları” konkret kimlər təmsil edir.
 
"Həftə içi” qəzeti və hafta.az saytı 2013-2015-ci illərdə apardığı araşdırmalar nəticəsində işğal altındakı torpaqlarımızda ermənilərlə birgə yaşayan 6 azərbaycanlıdan 4-nün kimliyini təsbit etmiş və onların hər biri barəsində ayrıca yazı dərc etmişdi.
 
Bu azərbaycanlılar(?) arasında ictimai baxımdan daha fəal olan birinin "rəsmi” tədbirlərdə "azərbaycanlı icmasını” təmsil etdiyi ehtimal olunur... Son araşdırmamız zamanı daha iki "Qarabağ azərbaycanlısı” haqqında məlumat əldə edə bildik.
 
"Həftə içi”nin növbəti sayında işğal altındakı torpaqlarımızda yaşayan 6 "azərbaycanlı”nın kimliyi və hansı səbəbdən ermənilər arasında yaşamalarının səbəbləri barədə ətraflı məlumat verəcəyik.
 
Sultan Laçın



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook