SON XƏBƏR

İsa Həbibbəyli: "Yaş həddi ilə bağlı sərt məhdudiyyət qoymaq fikrində deyilik"

Oktyabr 15
22:17 2015
Azərbaycan Milli Elmlər Akademiyası elmi müəssisə və təşkilatlarında inzibatı vəzifə tutmaya görə, elmi işçilər üçün yaş həddi ilə bağlı sərt məhdudiyyət qoymaq fikrində deyil. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.
 
Vitse-prezident qeyd edib ki, hazırda AMEA-da inzibatı vəzifə tutmaya görə, yaşla bağlı məhdudiyyət yoxdur: "Biz AMEA-da inzibati vəzifələr tutan şəxslər üçün sərt məhdudiyyət qoymaq fikrində deyilik. Çalışırıq ki, AMEA-da vakant yerlərə istedadlı gəncləri dəvət edək”.
İ.Həbibbəyli əlavə edib ki, sağlamlığı və yaradıcılıq potensialı olan alimlər rəhbər vəzifələrdə çalışa bilərlər: "Gələcəkdə də bu məsələdə alimin yaradıcılıq imkanları, müasirliyi, elmə verdiyi fayda nəzərə alınacaq. Əgər alimin həqiqətən də sağlamlığı imkan verirsə, yaradıcılıq potensialı normaldırsa, müasir düşünə bilirsə, o, kifayət qədər işləmək üçün vaxt qazana bilər”.
 
Xatıqladaq ki, Milli Məclisdə artıq birinci oxunuşdan keçən "Elm haqqında” qanun layihəsinə görə, Azərbaycanda dövlət elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin inzibati vəzifə tutmalarına görə, yaş həddi müəyyən ediləcək. Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Lakin bu, elmi tədqiqat müəssisələrində çalışanlara şamil edilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook