İsa Həbibbəyli açıqlama yaydı
Avqust 25
12:36
2020
Ramiz Mehdiyevin nəvəsinin toyunda niyə iştirak etməyib?..
Qeyd olunub ki, akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qurumun birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən "Report"a daxil olan açıqlamada deyilir ki, sosial şəbəkələrdə akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.



