SON XƏBƏR

İş yerini itirənlər daha sığorta almaq üçün 3 ay gözləməyəcəklər - Qanun

Dekabr 08
10:15 2021
"Pay torpağı olanlar ictimai işlərə və Özünü Məşğulluq Proqramına cəlb oluna biləcəklər. İş yerini itirənlər isə sığorta almaq üçün daha 3 ay gözləməyəcəklər”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov "İşsizlikdən sığorta haqqında” və "Məşğulluq haqqında” qanunda dəyişikliklərdən danışarkən deyib. Deputat  qanunvericiliyə edilən dəyişikliklərin sosial xidmətlərə əlçatanlığın artırılması baxımdan vacib hesab oluna bilər:

"Dəyişikliklərdə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub. Dəyişikliklər həmçinin özündə müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılmasını ehtiva edir. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi”.

Vüqar Bayramov bildirib ki, "Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliklər mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub:

"Digər məşğulluğu olmayan vətəndaşlarımızın haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunması nəzərdə tutulur. İşsizlikdən sığorta üzrə ödənişlərinin artırılması üçün mövcud mexanizminin genişləndirilməsi, ştaj ilə bağlı tələbin 24 aya endirilməsini, pay torpağı olanların öz torpaqlarını satdıqdan sonra bu sığortadan istifadə hüququnun əldə edilməsi kimi təkliflərin də nəzərə alınması məqsədəuyğun olardı”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook