SON XƏBƏR

İş axtararkən diqqətli olun – VİDEO

İyun 20
23:10 2016
İşə düzəlmək istəyirdi, ancaq həm pulundan oldu, həm də işdən. Ramana qəsəbə sakini Anar İbrahimov "Sehirli Dayə” adı altında fəaliyyət göstərən məşğulluq idarəsinin fırıldaqçılığının qurbanı olub. Belə ki, Anar İbrahimova sürücülük işi təklif ədən idarənin nümaayəndəsi bunun qarşılığında ondan 20 manat pul alıb ancaq onu heç bir,işlə təmin etməyib. Elə hər şey də 20 manat ödəyib müqavilə bağlayandan sonra başlayır. Şəbnəm adlı xanım onu fərqli fərqli bir nəçə iş yerinə yönləndir.Ancaq həmin yerlərdən Anara belə vakansiya olmadığını ümumiyyətlə elə bir adam tanımadıqlarını bildirirlər. Üstəlik Şəbnəm adlı həmin xanımın yönləndirdiyi iş yerlərindən birində də Anar İbrahimovdan yenidən 19 manat pul alıblar.
 
Onunla bərabər dostunun da aldandığını deyən Anar İbrahimov deyir ki ödədiyi pulu geri almaq iastəyəndə həmin xanım vəkil olduğunu bildirərək ona hədə qorxu gəlib. Pulu gah vergiyə ödədiyini ,gah da onu işi üçün kontura xərclədiyini deyib. Hətta onu yaxşı bir işə düzəltmək üçün 500 manat pul da istəyib.
 
Qlobal.Az xezerxeber.com-a istinadən bildirir ki, "Sehirli Dayə” idarəsindən də mövqe almaq üçün həmin Şəbnəm xanımla əlaqə saxlamaq istəsək də zəngimizə cavab verən olmadı. Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Lüdviq Hüseynov deyir ki, əvvəllər buna Dövlət Məşğulluq Xidməti nəzarət edirdi ancaq lisenziyalar ləğv olunduqdan sonra indi həmin idarələr sərbəst fəaliyyət göstərirlər. Onların xidmətlərinin hüquqi normativ sənədi olan nizamnamalərə isə Ədliyyə və Vergilər Nazirliyi tərəfindən təsdiq olunur. Zərəçəkən şəxs belə olan halda Hüquq Mühafizə orqanlarına müraciət etməlidir.
 
L. Hüseynov deyir ki, belə fırıldaqçıların toruna düşməmək üçün dövlət orqanlarına, məşğulluq mərkəzlərinə müraciət etsinlər. Və ya müraciət etməmişdən əvvəl həmin idarə haqqında məlumatlansınlar, həqiqətən kimisə işlə təmin etdiyinə əmin olsunlar.

Qlobal.az

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook