İş adamlarının Laçın və Kəlbəcərə səfəri təşkil olunacaq
İyul 01
11:07
2021
İşğaldan azad edilən ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədilə ərzaq, əczaçı dükanları, bankomatlar və s. açılacaq.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun keçirilən növbəti iclasında bildirilib.



