SON XƏBƏR

İş adamı İlham Qasımova cinayət işi açılıb? - Dələduzluq əməlləri araşdırılır...

Oktyabr 14
14:55 2024
Dələduzluğa görə həbs edilərək 12 il cəza alan "Real MTK”nın təsisçisi və rəhbəri, iş adamı İlham Qasımova yenidən cinayət işi açılıb...
 
Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları İlham Qasımovla bağlı yeni dələduzluq əməllərinini araşdırır. Hətta iş adamının məsələ ilə bağlı izahatının alındığıda bildirilir. 

Qeyd edək ki, ötən həftə tanınmış vəkil Aslan İsmayılov özünün "Facebook” səhifəsində İlham Qasımovun dələduzluq əməlləri məlumat paylaşmışdı. Vəkil statusunda bildirib ki, İlham Qasımov hüquq-mühafizə orqanlarında çalışan bəzi rütbəlilər tərəfindən müdafiə olunur. Aslan İsmayılov İlham Qasımovun türmədən çıxdıqdan sonra yenidən dələduzluq əməllərinin davam etdirdiyini və vətəndaşları aldatdığını iddia edib. 

Bildirək ki, İlham Qasımovun Beyləqan rayonunda "Gülçülük” deyilən ərazidə 2 ha sahədə dəyəri milyonlarla manat olan Ticarət mərkəzinin tikintisini dayandırıb. 

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 
 
Qlobal az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook