İrlandiyanın mühəndislik şirkəti Azərbaycan bazarına çıxır
Fevral 03
21:35
2016
Mühəndislik sahəsində xidmətlər göstərən və mexaniki, elektron, instrumental və telekommunikasiya xidmətləri sahələrində tədarüklər edən İrlandiyanın "Kentech Global Services BV" şirkəti Azərbaycanda qeydiyyata alınıb. Bu barədə Trend Vergilər qəzetinə istinadən məlumat verir.
Yeni şirkətin hüquqi nümayəndəsi Metyu Lyusen Sildir. Şirkət dekabrın 30-da Azərbaycanın Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Şirkət Bakı, Nizami rayonu, A.Vəliyeva küçəsi, ev 16, mənzil 52 ünvanında qeydiyyatdan keçib