SON XƏBƏR

“Çirkin məxluq” - Alen Simonyan Marqarita Simonyanı təhqir etdi

İyul 24
13:58 2025
Ermənistan hakimiyyəti ilə onu durmadan təhqir edən Kreml təbliğatçıları arasında qarşıdurma getdikcə daha da qızışır. 

"AzPolitika” xəbər verir ki, bu dəfə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın RT telekanalının baş redaktoru, onunla eyni soyadı daşıyan Kreml təbliğatçısı Marqarita Simonyanı sərt tənqid və təhqir edib. 

O, "Telegram” kanalında yayımladığı bəyanatda Simonyanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib: "Rusiyada fəaliyyət göstərən idbarlar sirkindən olan daha bir çirkin məxluq ölkəmizin suveren işlərinə qarışmaqdan əl çəkmir".

O qeyd edib ki, erməni soyadına baxmayaraq, Marqarita Simonyanın Ermənistanla heç bir əlaqəsi yoxdur. Spikerin sözlərinə görə, Simonyan mütəmadi olaraq yalan məlumatlar dərc edir, "Ermənistan rəhbərliyini təhqir edir, mitinqlərə və hakimiyyəti dəyişməyə çağırır”.

Spikerin fikrincə, M.Simonyan bununla da Ermənistan dövlətinə qarşı hibrid müharibədə iştirak edir. Alen Simonyan Ermənistanda keçiriləcək seçkilərə eyham vuraraq, kənardan bu cür hücumların daha da güclənə biləcəyini bildirsə də, "sonda bu ağızın birdəfəlik qapanacağına” əminliyini ifadə edib.

Qeyd edək ki, son olaraq Marqarita Simonyan öz X hesabında "Paşinyan Ermənistanı İranla gələcək müharibə üçün Amerikanın platformasına çevirmək barədə məxfi memorandum imzalayıb”, - deyə yazmışdı. Həmçinin, M.Simonyan bütün efirlərdə Paşinyanın və onun hökumətinin ünvanına hər cür təhqir və təhdidlər yağdırmaqda davam edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook