İrəvanda hökumət binası qarşısında yenidən etiraz aksiyası keçirilir
Yanvar 30
15:08
2025
İrəvanda pərakəndə ticarətlə məşğul olan şəxslər yenidən hökumət binası qarşısında toplaşıblar.
"Report” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl "Qızıl bazarı" ticarət mərkəzinin bir qrup işçisi də oxşar aksiya təşkil etmişdi.
Onlar ticarət dövriyyəsi vergisinin artırılmasına qarşı etirazlarını davam etdirir və fevralın 5-də böyük mitinq keçirərək paytaxt bazarlarında işi boykot etməklə hədələyirlər.