İrəvanda baş verən partlayışda Rusiya və İran vətəndaşları yaralanıb
Aprel 03
00:21
2018
İrəvanda kafedə baş verən partlayışda Rusiya və İran vətəndaşları yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, kafedə qaz balonunun partlaması nəticəsində 3 Rusiya və 2 İran vətəndaşı xəsarət alıb.
Hadisə zamanı ümumilikdə 9 nəfərin yaralandığı təsdiqlənib. Onlardan ikisi uşaqlardı. Səkkiz yaşlı qızın vəziyyətinin ağır, digərlərinin kafi olduğu bildirilir.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.