SON XƏBƏR

İraqın Olimpiya Komitəsi sədrinin müavini oğurlanıb

Aprel 25
09:24 2018
İraqın Olimpiya Komitəsi sədrinin müavini oğurlanıb.
 
"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, hadisə Kərbəladan Bağdada gedən yolda baş verib. Cinayətkarlar komitə sədrinin müavini Bəşər Mustafanın olduğu avtomobili saxlayaraq, onu özləri ilə aparıblar.
 
Oğruların əynində təhlükəsizlik qüvvələrinin formaları olub. Hüquq-mühafizə orqanları cinayətkarların axtarışına başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook