SON XƏBƏR

“İraqın imtina etdiyi məhsullar Azərbaycana göndərilir”

Avqust 17
11:42 2016
Eyyub Hüseynov: "Bəzi məhsullar Azərbaycan dilində ümumiyyətlə markalanmayıb”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında Ukraynadan gətirilən toyuq əti və bu ətin doğurduğu təhlükə ilə bağlı maraqlı fikirlər səsləndirib. E.Hüseynovun sözlərinə görə, İraqın imtina etdiyi bu məhsulların Azərbaycan tərəfindən qəbul edilməsi təəssüfedicidir:
 
"Ukraynadan gətirilən toyuqlarla bağlı dövlət qurumlarına müraciət etdik. Bəlli oldu ki, Ukraynadan gətirilən toyuqlar 30% miqdarında maye vurulub. Bu maye onların çəkisini artırmaq və tez yetişdirmək üçün vurulub. Ukraynadan gətirilən "ULAR” toyuq budları ilə yanaşı, "Katkut” deyilən toyuq cəmdəkləri də təhlükə mənbəyidir. Bunlar 7 dildə markalansa da, Azərbaycan dilində markalanmayıb. Bizdə məlumat var ki, bu məhsullar öncə İraqa göndərilib, lakin İraq tərəfi bunu qəbul etməyib. Əlimizdə ekspertizanın nəticələri də var. Bu toyuqlara 30% maye vurmaqla istehlakçılar aldadılıb. Bu, məsələnin bir tərəfi. Həmin mayenin mənşəyi nədən ibarətdir – bu barədə də məlumat yoxdur. Baytarlıq İdarəsi bildirir ki, biz hər şeyi yoxlamışıq. Bir dənə bunu yoxlamamaışıq. Bu, anormal haldır. Məhsul tam şəkildə, bütün parametrlər üzrə yoxlanılmalıdır”.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook