SON XƏBƏR

"İraqı inandırmaq üçün sanksiyalar işə yaramayacaq" - Almaniya XİN başçısı

Yanvar 06
12:32 2020
Almaniyanın Xarici İşlər naziri Hayko Maas İraqa qarşı sanksiyaların faydalı olmayacağını güman edir.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN başçısı ABŞ Prezidenti Donald Trampın İraqı sanksiyalarla hədələməsinə münasibət bildirərkən deyib.

"Düşünmürəm ki, İraqı inandırmaq üçün təhdidlər işə yarasın, ancaq bunu arqumentlərlə etmək olar", - deyə Hayko Maas bildirib.

Qeyd edək ki, İraq parlamenti xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qətnamə qəbul edib. Amerika Prezidenti Donald Tramp isə ABŞ qüvvələrinin Bağdadı tərk etmək məcburiyyətində qalacağı təqdirdə İraqın "əvvəllər heç görmədiyi" sanksiyalara məruz qalacağı barədə xəbərdarlıq edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook