SON XƏBƏR

İraq prezidenti: “Tramp İranı güdmək üçün bizdən icazə almayıb”

Fevral 04
14:51 2019
İraq prezidenti Bəhran Salih bəyan edib ki, ABŞ prezidenti Donald Tramp İraq ərazisindəki amerikalı qoşunların İranı güdməsi üçün rəsmi Bağdadın icazəsini almayıb.

"Reuters” xəbər verir ki, bu barədə Bağdadda forumda çıxış edən Salih ABŞ prezidenti Donald Trampın İraqdakı amerikalı qoşunların "missiyası” ilə bağlı "CBS” telekanalında dediklərinə reaksiya verərkən bildirib.

"ABŞ qoşunları Vaşinqtonla Bağdad arasındakı ikitərəfli razılaşma əsasında sırf terrorizmlə mübarizə kimi konkret missiya üçün İraqdadır və bu missiyadan kənara çıxmamalıdırlar. İraqı öz problemlərinizlə yükləməyin. ABŞ böyük gücdür, amma yalnız öz siyasi maraqlarını güdməməlidir, çünki burada yaşayan bizik. İranla və digər qonşu ölkələrlə yaxşı münasibətlərə sahib olmaq İraqın fundamental marağıdır” - Bəhran Salih vurğulayıb.

Azvision.az xatırladır ki, Tramp "CBS” telekanalına müsahibəsində ABŞ-ın İraqdakı hərbi iştirakının Vaşinqtonun İranı yaxından güdməsi və nəzarətdə saxlaması baxımından olduqca vacib olduğunu bildirmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook