İranla Rusiya arasında viza rejimi sadələşdi
Fevral 06
15:08
2016
İranla Rusiya arasında viza rejimi sadələşdi
İranla Rusiya arasında müəyyən kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin sadələşdirildiyi bildirilib.
Bu barədə məlumat "Assosciated Press" saytında dərc edilib.
Məlumata görə, viza rejimi fevralın 6-dan sadələşdirilib.
Xəbərdə bildirilir ki, sadələşmiş viza rejimi əsasən iş adamlarına, elmi, mədəni yaradıcılıqla məşğul olan insanlara, müəllimlərə, tələbələrə və turistlərə şamil olunur.
Qeyd edək ki, sənəd 23 noyabr 2015-ci ildə Tehranda imzalanıb.



