"İranla mümkün razılaşma İsrailin özünümüdafiəsinə təsir etməyəcək" - Səfir
Aprel 01
11:36
2022
"İranla nüvə məsələsi ilə bağlı mümkün razılaşma İsrail üçün heç bir məhdudiyyət yaratmayacaq”.
"Report” xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Yonit Levi ölkəsinin İTV telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsrail imzalana biləcək razılaşmanı əhəmiyyətsiz sayır və öz maraqlarını müdafiə etmək üçün fəaliyyətini davam etdirəcək: "İsrail vətəndaşlarını müdafiə etmək üçün istədiyi kimi fəaliyyət göstərəcək”.



