İranın yeni dövlət büdcəsində Sepah və Dövlət Televiziyasının payı artdı
Dekabr 13
17:17
2021
İran hökumətinin dekabrın 12-də İslam Şurası Məclisinə təqdim etdiyi 1401-ci ilin (2022) dövlət büdcəsi layihəsinə əsasən, 4200 tümən dəyərində valyutanın ləğv edilməsindən əlavə, Sepah təşkilatına və İranın dövlət televiziyasına ayrılan büdcənin əhəmiyyətli dərəcədə artırılması, dövlət işçilərinin maaşlarının 10% çoxalması və bəzi avtomobil və evlərdən vergilərin tutulması kimi bir sıra başqa məsələlərə də yer verilib.
"Azad İran" Telegram kanalı xəbər verir ki, Sepahın büdcəsi ötən il 58% artımla 24.335 trilyon tüməndən 38.564 trilyon tümənə çatıb. Yeni büdcə layihəsinə əsasən isə bu rəqəm 93 trilyona çatıb ki, bu da 2.4 dəfədən daha böyük bir artım göstərir.
Yeni büdcə layihəsinə görə, İranın ali rəhbəri tərəfinin birbaşa nəzarətində olan dövlət televizyonuna ayrılan büdcə isə 56% artırılıb. Belə ki, yeni büdcə layihəsində dövlət televiziyasına ayrılan büdcənin dəyəri 5.289 trilyon tümən olacaq.
İbrahim Rəisi hökumətinin təqdim etdiyi ilk dövlət büdcə layihəsi olan 1401-ci il (2022) büdcə layihəsinə əsasən, ilk dəfə 1 milyard tüməndən yuxarı bütün avtomobillər və 10 milyard tüməndən artıq dəyəri olan yaşayış evləri və villalar əmlak vergisinə cəlb ediləcək.