SON XƏBƏR

İranın sabiq prezidenti: “Bu il İmam Mehdi gələcək”

Yanvar 02
17:24 2020
Mahmud Əhmədinejat: "O, insanlara kömək edəcək, haqsızlığa son qoyacaq və istəklərimizi reallaşdıracaq”
 
"İsa Peyğəmbərin xəbər verdiyi İmam Mehdi, insanlara kömək, ədalətsizliyə son qoymaq və istəklərimizi həyata keçirmək üçün 2020-ci ildə zühur edəcək”.
 
AYNA xəbər verir ki, bunu İranın sabiq Prezidenti Mahmud Əhmədinejat öz "Twitter” hesabında paylaşıb.
 
"Ümid edirəm ki, 2020-ci ildə həyatımızda İsa Məsihin təlimlərini tətbiq etməyi öyrənəcəyik. Bu il İsa Məsih tərəfindən dəstəklənən İmam Mehdi gələcək və insanlara kömək edəcək, haqsızlığa son qoyacaq və istəklərimizi reallaşdıracaq. Allaha əmanət olun”, - deyə o yazıb.
 
Keçmiş Prezdient qeyd edib ki, İran xalqının artıq bir olmaq vaxtıdır: "Siyasət və din rəhbərlərimiz, indiki və gələcək nəsillərə humanist bir dünya təqdim etmək üçün mübarizə aparanlara dəstək verməlidir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook